Bakıda iki nəfərin meyiti tapıldı
22 iyun 2013 14:13 (UTC +04:00)

Bakıda iki nəfərin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Xəzər rayonunda bir evdə 2 nəfərin meyiti tapılıb. Lent. az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin  xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək içəri daxil olublar. Evə baxış keçirərkən 1926-ci il təvəllüdlü Ağasiyeva Nabat Əlüsəlim qızı və 1959-cu il təvəllüdlü Ağasiyev Albert Şəmsibala oğlu hərəkətsiz vəziyyətdə aşkar edilib. Həkimlər tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində həmin şəxslərin vəfat etdiyi müəyyən olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059
avatar

Oxşar yazılar