<span style="color:red;">Bakıda dəhşət:  at körpə uşağı tapdaladı - <span style="color:red;">YENİLƏNİB
23 iyul 2014 18:08 (UTC +04:00)

Bakıda dəhşət: at körpə uşağı tapdaladı - YENİLƏNİB

Maştağa qəsəbəsində yol kənarında atın tapdaladığı azyaşlı uşağın şəxsiyyəti müəyyənləşib.  3 saylı xəstəxanadan Lent.az-a bildirilib ki, xəsarət alan şəxs Maştağa qəsəbə sakini, 11 yaşlı  Ağarza Məmmədovdur və onun vəziyyəti ağır olaraq qalır.

 

Hadisədən xəbər tutan uşağın valideynləri xəstəxanaya gəliblər.

 

*******

 

17:06

 

Bakıda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, hadisənin şahidi olan "APA-Economics"in baş redaktoru İlkin Əhmədov facebbook səhifəsində qeyd edib ki, Maştağa qəsəbəsində yol kənarında at azyaşlı uşağı tapdalayıb. Atın üstündə sahibi olsa da, o, hadisədən yayına bilməyib: “Hazırda uşaq can verir. Uşağı Sabunçu xəstəxanasına apardılar”.

 

3 saylı Sabunçu xəstəxanasından Lent.az-a bildirilib ki, bu dəqiqlərdə azyaşlı tibbi müəssisənə çatdırılıb və dərhal reanimasiya şöbəsinə yerləşdirilib: “Vəziyyəti ağırdır. Şəxsiyyəti isə hələlik müəyyənləşdirilməyib ”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6223

Oxşar yazılar