Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının tavanının uçması barədə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasetmə əməliyyatı təkrar uçqun təhlükəsi ehtimal olunan ərazidə keçirildiyinə görə, 15 nəfər bina sakini təxliyyə olunub.
Əməliyyat saat 14:00-da başa çatıb.