Bakıda çökən bina ilə bağlı yeni xəbər - <span style="color:red;">YENİLƏNİB
27 yanvar 2014 11:23 (UTC +04:00)

Bakıda çökən bina ilə bağlı yeni xəbər - YENİLƏNİB

0

Yanvarın 25-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində sökülməkdə olan binanın avtomobil yoluna uçmasının iki nəfərin həlak olmasına səbəb olması fakt ilə bağlı cinayət işi açılıb. Lent.az-ın məlumatına görə, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) iş başlanılıb. Hələlik məsuliyyətə cəlb edilən yoxdur. Araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, Heydər Əliyev prospektində sökülməkdə olan binanın avtomobilin üzərinə uçması nəticəsində paytaxt sakinləri 22 yaşlı Cavid Bayramlı və 26 yaşlı Asiman Ələkbərov həlak olub. Hər iki şəxs Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olub. Onlar fotoqraf-rəssam olublar.

 

 

*****

25.01.2014 / 17:53

 

 

Həmin şəxslər binanın yanında dayanmış avtomobilin içində olublar


 

Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfər ölüb.

 

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, leytenant Dövlət Şükürovun APA – nın hadisə yerində olan müxbirinə verdiyi məlumata görə, həmin şəxslər binanın yanında dayanmış avtomobilin içində olublar. 

 

Məlumata görə, FHN-nin əməkdaşlarının xilas etdiyi iki kişi ağır yaralı vəziyyətdə təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına aparılıblar. Onlar xəstəxanaya aparılarkən yolda keçiniblər.

 

Nərimanov rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə nəticəsində ölənlərin şəxsiyyəti hələlik müəyyənləşməyib. 

 

 

 

 

 

*****

 

Bu gün saat 16 radələrində Bakının Nərimanov rayonunda Heydər Əliyev prospektində sökülməkdə olan bina uçub.


 

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hadisə nəticəsində ölən və yaralananlar var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikası cəlb edilib.

İlkin məlumata görə, xilasedicilər dağıntılar altından iki cəsədi çıxarıblar.

Əməkdaşımızın bildirdiyinə görə, bina yola tərəf uçduğu üçün yol kənarında dayanan maşınlar dağıntılar altında qalıb. Həmin maşınlarda adam olub-olmadığı hələlik dəqiqləşdirilməyib.

 

 

 

 

*****

 

16:44

 

Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, binanın prospektə uçması nəticəsində iki nəfər ölüb. Hər iki şəxs hadisə yerində beton plitələrin altında qalıb. Bir neçə nəfərin müxtəlif dərəcəli xəsaərt aldığı bildirilir.

 

Hadisə zamanı bina qalıqları yolda hərəkət edən və kənarda dayanmış bir neçə avtomobilin də üstünə tökülüb. Avtomobillərə ciddi ziyan dəyib. Bir neçə dəqiqədədir ki, prospektdə nəqliyyatın hərəkəti bərpa edilib. Bununla yanaşı tıxac davam edir.

 

 

*****

 

 

16:34

 

Bu saatlarda Bakıda ciddi qəza baş verib. Musavat.com-un məlumatına görə, Heydər Əliyev prospektində, metronun "Nəriman Nərimanov" stansiyasına yaxın ərazidə, Heydər Əliyev prospektində sökülən bina uçub. Əslində, bina həyətə doğru uçurulmalıymış. Ancaq yola doğru uçub. İlkin məlumatlara görə, uçqunun altında yolda hərəkət edən avtomobillər qalıb, ölənlərin olduğu deyilir. Uçqunun altında qalanlar var. Bu barədə FHN-nin xilasediciləri xəbər veriblər. 

 

Yol bağlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 24443

Oxşar yazılar