Bakıda avtomobil oğurlayan şəxs tutulub
12 iyun 2014 10:59 (UTC +04:00)

Bakıda avtomobil oğurlayan şəxs tutulub

0

Bakıda avtomobil oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, iyunun 10-da Türkan qəsəbəsi Üzümçülük küçəsində Bakı sakini Mübariz Əliyevə məxsus “Hyundai-Excel” markalı avtomobil qaçırılıb.

 

Xəzər Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, Post Patrul Xidməti Bölüyü və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurlanmış avtomobil iyunun 11-də Türkan qəsəbəsi Xanlar küçəsinin yaxınlığında saz vəziyyətdə tapılıb.

 

Avtomobili qaçıran Bakı sakini, 42 yaşlı Mehdi Vəliyev isə tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 648

Oxşar yazılar