Avtobus qəzasında yaralanların sayı və vəziyyəti açıqlandı - YENİLƏNİB
08 iyul 2013 10:55 (UTC +04:00)

Avtobus qəzasında yaralanların sayı və vəziyyəti açıqlandı - YENİLƏNİB

“113 saylı avtobusun törətdiyi qəza nəticəsində 8 nəfər yaralanıb”. Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirə Salınmaz Yardım Stansiyasından baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. Onun sözlərinə görə, həmin yaralılardan 7-si şəhər 3 saylı xəstəxanasına yerləşdirilib, 1 nəfərə isə yerində tibbi yardım göstərilib: “Hazırda həmin xəstələrin vəziyyəti orta-ağırdır”.

 

Baş həkimin müavini onu da vurğulayıb ki, qəza zamanı ölən olmayıb.

 

 

*****

10.38

Bakıda sərnişin avtobusu qəza törədib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Balandin küçəsində qeydə alınıb. 113 saylı xətt üzrə hərəkət edən “İSUZU” markalı sərnişin avtobusu aşıb.

 

Bakı Şəhər Təcili və Təxirə salınmaz Yardım stansiyasından baş həkiminin müavini Oqtay Şahmalıyevin APA-ya verdiyi məlumata görə, hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. İlkin məlumata görə, qəza yerinə xeyli sayda yaralı var. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5073

Oxşar yazılar