Bakıda 23 yaşlı oğlan özünü asdı
24 oktyabr 2013 12:05 (UTC +04:00)

Bakıda 23 yaşlı oğlan özünü asdı

Bakıda intihar hadisəsi baş verib. Xəzər Rayon ProkurorluğundanAPA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Binə qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb.

 

Orada yaşayan, 1990-cı il təvəllüdlü Behrəngi Çingiz oğlu Əzizov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2549

Oxşar yazılar