Göygöl rayonunda otlaq üstündə dava düşüb. Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, dava Göygöl rayonu ilə Şəmkir rayonu arasında heyvanların otarılması üçün nəzərdə tutulan yer üstündə baş verib. Polisdən bildiriblər ki, 4 nəfər Göygöl rayon sakini ilə 5 nəfər Şəmkir rayon sakini arasında yaranan davada bir neçə nəfər müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Rayonun Mollacəlilli kənd sakini, 37 yaşlı Xəyyam Cəfərov ağır kəllə-beyin travması aldığına görə xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Oxşar yazılar

Bakıda iki maşın toqquşdu: 1 ölü, 5 yaralı
14 iyul 2025 , 09:33
Bank və xəbər saytına müdaxilə edən haker ələ keçdi - DTX-dan ƏMƏLİYYAT
14 iyul 2025 , 09:05
Bakının mərkəzində yolu keçən piyadanı maşın vurub öldürdü
14 iyul 2025 , 09:01
Qazaxda AĞIR QƏZA: 4 nəfər yaralandı
14 iyul 2025 , 08:16
“Taxta bazarı”nda YANĞIN - VİDEO - YENİLƏNİB
14 iyul 2025 , 06:41
Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33