Azərbaycanda istehsal ediləcək zirehli maşın sərgidə nümayiş olunub
27 sentyabr 2016 19:37 (UTC +04:00)

Azərbaycanda istehsal ediləcək zirehli maşın sərgidə nümayiş olunub

 

Azərbaycan-Kanada Birgə Müəssisəsi -AZCAN “ADEX 2016” beynəlxalq müdafiə sərgisində Azərbaycanda istehsal olunmaq və xaricdə satılmaq üçün yaradılmış flaqman tipli zirehli transportyoru (ZTR) təqdim edib.

 

APA-nın xəbərinə görə, AZCAN-ın baş direktoru Roman Şimonov bildirib ki, onların təqdim etdiyi flaqman tipli ZTR Azərbaycanda istehsal ediləcək və bütün dünyada satılacaq.

 

Qeyd edək ki, AZCAN təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282

Oxşar yazılar