Azərbaycanın xalq artisti Nuriyyə Əhmədova xəstəxanaya yerləşdirilib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, aktrisa sərnişin avtobusundan düşmək istəyərkən yıxılıb və bərk əzilib. Onu ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.
Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. O, reanimasiya şöbəsində həkim nəzarətindədir.
Xəstəxanadan verilən məlumata görə, Nuriyyə Əhmədova “Xalqlar Dostluğu” metrosu yaxınlığında 11 saylı sərnişin avtobusundan düşmək istəyərkən qəfil müvazinətini itirib və yıxılıb.
Deyilənlərə görə, hadisə avtobus sürücüsünün qəfil əyləc sisteminə basması nəticəsində baş verib. Nəticədə xalq artisti bel və çanaq nahiyəsindən zədə alıb.
Həkimlər onun həyatını xilas etmək üçün çalışırlar.

Avtobusdan yıxılan xalq artisti xəstəxanaya yerləşdirildi
Oxşar yazılar

Binadan yıxıldı, xəstəxanaya özü getdi
22 iyul 2025 , 11:49Rusiyada OMON azərbaycanlı dəstəni belə saxladı - VİDEO
22 iyul 2025 , 10:22
Xırdalanda 29 yaşlı fəhlə faciəvi şəkildə öldü
22 iyul 2025 , 09:24
Gəncədə 21 yaşlı gənc bıçaqlandı
22 iyul 2025 , 08:08
Göygöldə restoranda iki yeniyetmə döyüldü
22 iyul 2025 , 08:01
Gəncədə 41 yaşlı qadın bıçaqlandı
22 iyul 2025 , 03:08
Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür
22 iyul 2025 , 00:10