Avtobusdan 15 min manatlıq geyim əşyaları oğurlayanlar tutuldu
20 iyun 2014 11:22 (UTC +04:00)

Avtobusdan 15 min manatlıq geyim əşyaları oğurlayanlar tutuldu

Bakıda oğurluqda ittiham olunan şəxslər yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, iyunun 4-də  Qaradağ rayonunda yerləşən ticarət mərkəzinin dayanacağında Bərdə rayon sakini Rəhim Əsədova məxsus “Mercedes” markalı avtobusdan naməlum şəraitdə, 15 min manat dəyərində geyim əşyaları oğurlanıb.

 

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən, 25 yaşlı iki həmyaşıd -  Məhiyəddin Fətullayev və Elvin Əsədov Qaradağ rayon 10-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786

Oxşar yazılar