Ağdaşda qəza: sürücü ölüb
24 iyul 2014 07:16 (UTC +04:00)

Ağdaşda qəza: sürücü ölüb

Bu gecə Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN)  saytına istinadən məlumatına  görə, Ağdaş rayonu, Bakı-Şamaxı-Yevlax yolunun Aşağı Zeynəddin kəndi (rayon mərkəzindən 5 km aralı) ərazisindən keçən hissəsində vətəndaşa məxsus "Mercedes" markalı sərnişin avtobusu ilə 1961-ci il təvəllüdlü Loğman Fərrux oğlu Osmanova məxsus "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

 

FHN-nin uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü L. Osmanov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

 

Sürücünün cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 03:39-da başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073

Oxşar yazılar