Abşeronda yol qəzası: 1 ölü
11 oktyabr 2013 11:37 (UTC +04:00)

Abşeronda yol qəzası: 1 ölü

Azərbaycanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Binəqədi-Novxanı yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Yardımlı rayon sakini Elmin Abbasovun idarə etdiyi “10-VU-582” dövlət nömrə nişanlı “HYUNDAİ” markalı avtomobillə yolu keçən Zəngilan rayon sakini 1965-ci il təvəllüdlü Şamxal Behbud oğlu Nuriyevi vurub. Ş. Nuriyev xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırtma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245

Oxşar yazılar