"Volqa" yoldan çıxıb, körpüdən asılı qalıb
27 avqust 2013 21:15 (UTC +04:00)

"Volqa" yoldan çıxıb, körpüdən asılı qalıb

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus "QAZ-24" markalı minik avtomobili yoldan çıxaraq körpüdən asılı vəziyyətdə qalıb. Dərhal  FHN-in  xilasediciləri hadisə yerinə cəlb olunub. Avtomobildə köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunaraq avtomobildən çıxarılıb və avtomobil təhlükəsiz yerə çəkilib.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735

Oxşar yazılar