“Zəngəzur” şadlıq sarayının qarşısında qanlı hadisə
11 iyun 2013 13:06 (UTC +04:00)

“Zəngəzur” şadlıq sarayının qarşısında qanlı hadisə

İyunun 9-da Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Zəngəzur" şadlıq sarayının qarşısından Cəlilabad rayon sakini Cəfər Bağırlı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.  Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Cəlilabad rayon sakini Elşən Bağırzadə tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

# 1635
avatar

Nizam Rza

Oxşar yazılar