“Xalidə Xalidin və sürücüsünün təhvil verilməsi gözlənilir ”
03 iyun 2013 19:23 (UTC +04:00)

“Xalidə Xalidin və sürücüsünün təhvil verilməsi gözlənilir ”

Şamxal Hüseynovun qardaşı: “Onların Azərbaycanın Tehrandakı səfirliyinə təhvil verilməsi gözlənilir ”


 

İranda saxlanılan Şamxal Hüseynovun qardaşı Əlövsət Hüseynov Xalidə Xalid və qardaşının azadlığa buraxılması ilə bağlı mediada yayılan xəbərə münasibət bildirib.

 

Ə. Hüseynov APA-ya açıqlamasında deyib ki, ona Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan X. Xalid və Ş. Hüseynovla bağlı təhvil-təslim getmədiyini bildiriblər: “Lakin konsulluqdan bildiriblər ki, onlar sabah, uzağı birisi gün azadlıqda olacaqlar. Onların Azərbaycanın Tehrandakı səfirliyinə təhvil verilməsi gözlənilir”.

 

Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan APA-ya bildirib ki, X. Xalid və Ş. Hüseynovun Azərbaycan tərəfinə təhvil verilməsi ilə bağlı təmaslar davam etdirilir. Yaxın vaxtlarda onların təhvil verilməsi gözlənilir.

 

Xatırladaq ki, Xalidə Xalid və Şamxal Hüseynov bu il aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.

 

Daha sonra İran tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun azad edildiyini açıqlasa da, onlar hələlik Azərbaycan tərəfə təhvil verilməyiblər.

 

# 726
avatar

Oxşar yazılar

Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19
Vilayət Eyvazov generalı müşavir  təyin etdi

Vilayət Eyvazov generalı müşavir təyin etdi

3 may 2024 , 14:54