“Sərhəd” əməliyyatında MDB-də axtarılan 29 nəfər saxlanılıb
03 iyun 2013 17:04 (UTC +04:00)

“Sərhəd” əməliyyatında MDB-də axtarılan 29 nəfər saxlanılıb

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Rusiya ilə sərhədyanı rayonlarda aparılan əməliyyatlarla bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Azərbaycan və Rusiya Federasiyası Daxili İşlər nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən 2013-cü il mayın 20-dən 25-dək  hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.

 

Respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən tədbirlər nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 52 nəfər tutulub, həmçinin MDB-nin üzvü olan ölkələr tərəfindən  axtarılan 29 nəfər saxlanılıb, 5 nəfər itkin düşmüş şəxsin yeri müəyyənləşdirilib. Qanunsuz saxlanılan 10  avtomat silah, 11 tapança, 47 ədəd yivli, ov və lüləsi kəsilmiş tüfəng,                          24 qumbara, 7 minə yaxın müxtəlif çaplı patron götürülüb.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt aşkar olunub. Ümumi çəkisi 9,2 tona yaxın yabanı halda bitmiş narkotik tərkibli bitki məhv edilib. 

 

Quba və Oğuz rayonlarında isə 1-i keçmiş illərdən bağlı qalan 4 cinayətin üstü açılıb. Tədbirlər zamanı 680 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.  

 

Cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından analoji əməliyyatların gələcəkdə də keçirilməsi planlaşdırılır.

 

# 900
avatar

Oxşar yazılar

Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19
Vilayət Eyvazov generalı müşavir  təyin etdi

Vilayət Eyvazov generalı müşavir təyin etdi

3 may 2024 , 14:54