“Qarabağ”ın oyununda türk hakim!
09 iyul 2017 13:56 (UTC +04:00)

“Qarabağ”ın oyununda türk hakim!

Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Samterdia” klubu ilə qarşılaşacaq “Qarabağ”ın ilk oyununun hakimi bəlli olub. Apasport.az saytının məlumatına görə, UEFA matçı türkiyəli hakimlərə tapşırıb.

 

Görüşün baş hakimi Mete Kalkavan olacaq. Ona yan xəttdə Esat Sancaktar və Erdem Bayik yardımçı olacaqlar. Oyunun 4-cü hakimi isə Halil Umut Meler təyin olunub.

 

Matçın UEFA nümayəndəsi ingilis Qraham Hover, hakim-inspektor isə moldovalı Vladimir Antonov olacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Samtredia” oyunu iyulun 11-də saat 21:00-da start götürəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 332

Oxşar yazılar