Quba rayonunda yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Alekseyevka kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisənin səbəbi araşdırılır.