Cəzaçəkmə müəssisəsinə yumurtada narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb
16 iyun 2014 21:41 (UTC +04:00)

Cəzaçəkmə müəssisəsinə yumurtada narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb

Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


 

APA-nın Penitensiar xidmətin saytına istinadən verdiyi xəbərə görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Famil Salman oğlu Qəhrəmanovun yanına qısamüddətli görüşə gəlmiş yeznəsi vətəndaş Yusif Sabir oğlu Tomarovun gətirdiyi sovqata baxış keçirilən zaman, 4 ədəd çiy toyuq yumurtasının içərisində xüsusi üsulla gizlədilmiş xalis çəkisi 29,79 qram olan narkotik vasitə “Heroin” və xalis çəkisi 67,771 qram olan narkotik vasitə “Tiryək” aşkar edilərək götürülüb.

 

Fakt üzrə araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073

Oxşar yazılar