4 nəfər suyun qurbanı oldu
31 avqust 2013 13:26 (UTC +04:00)

4 nəfər suyun qurbanı oldu

 

Avqustun 30-da Bakı şəhər sakini Samir İsayev Xəzər rayonu Mərdəkan çimərliyində çimərkən boğulub. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə,  S. İsayevin meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.

 

Daha bir suda boğulma hadisəsi Neftçalada qeydə alınıb. Belə ki, avqustun 30-da Neftçala rayonu Kürkənd kənd sakini Kamran Cəfərov kəndin ərazisindən keçən kanalda çimərkən boğulub. K.Cəfərovun meyiti sudan çıxarılıb.

 

Avqustun 29-da Xəzər rayonu Şüvəlan çimərliyində suda boğulmuşların şəxsiyyətləri müəyyən edilib. Onlar Bakı şəhər sakinləri Anar Mirzəyev və Rəsul Allahverdiyev olublar.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar