3 gün əvvəl ölən qadının meyiti tapılıb
21 iyun 2013 17:57 (UTC +04:00)

3 gün əvvəl ölən qadının meyiti tapılıb

Bakıda mənzildən qadın meyiti tapılıb.

 

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, meyit Əmircan qəsəbəsi dalan-5, ev-12 də tapılıb.

 

Meyitə baxış zamanı onun 1942-ci il təvəllüdlü Zeliva Cülyetta Borisovna olduğu müəyyən edilib və qadının üç gün öncə öldüyü məlum olub. 

 

Qonşular qadının evindən xoşagəlməz qoxu gəldiyindən polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları C. Zelivanın meyitini aşkar ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014
avatar

Oxşar yazılar