25 yaşlı oğlan qayınatası, qayınanası və qaynını niyə güllələyib? - TƏFƏRRÜAT
03 iyun 2013 10:41 (UTC +04:00)

25 yaşlı oğlan qayınatası, qayınanası və qaynını niyə güllələyib? - TƏFƏRRÜAT

Mayın 31-də Ağcabədi rayonunda 3 nəfərin güllələnməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub. Ağcabədi Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Laçın rayon sakini olan və Gələbədin kəndi ərazisindəki fermada yaşayan 25 yaşlı Tural Allahverdiyev qayınatası Cəbrayıl Hüseynov, qayınanası Güldəstə Hüseynova və qaynı Valeh Hüseynovu ailədaxili münaqişə zəminində güllələyib. Belə ki, T.Allahverdiyev keçən il Hüseynovların qızı ilə ailə qurub. Onlar fermadakı yaşayış evində yaşayıblar. Bir müddət əvvəl isə qadın yeni doğulmuş uşağını da götürərək atası evinə Qiyamaddınlı kəndinə qayıdıb. Səbəb isə onun T.Allahverdiyevdən küsməsi olub. 25 yaşlı Tural isə bir neçə dəfə qızın atası evinə gələrək onu aparmaq istəyib. Hər dəfə qayınatası və qaynanası buna mane olub. Nəhayət T.Allahverdiyev ov tüfəngini götürərək onlara gəlib və onun “ailəsini dağıtmaq” istəyən hər kəsi güllələyəcəyini deyib. Məlum hadisə də burada baş verib.

 

 

Hadisə vaxtı gənc oğlan qayınatası, qaynanası və qaynını güllələsə də, oxların xəsarətləri ölümcül olmayıb. Hər üç şəxs xəstəxanaya yerləşdirilib. T.Allahverdiyev isə tutulub.

 

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

 

# 2155
avatar

Nizam Rza

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19