Ukraynadan Azərbaycana gətirilən dələduz HAKİM QARŞISINDA
01 mart 2022 09:40 (UTC +04:00)

Ukraynadan Azərbaycana gətirilən dələduz HAKİM QARŞISINDA

Külli miqdarda dələduzluqda təqsirləndirilən Mövsüm Mövsümovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rahib Salmanovun icraatına verilib.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Mövsüm Vaqif oğlu Mövsümovun saxlanılması üçün beynəlxalq axtarış elan edilmişdi. O, ötən ilin may ayında Ukraynada həbs olunub və noyabrda Azərbaycana ekstradisiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2520
avatar

Mehman Nəbiyev

Oxşar yazılar