Ucqar kəndin musiqi məktəbində 1 milyonluq YEYİNTİ
12 iyun 2024 12:26 (UTC +04:00)

Ucqar kəndin musiqi məktəbində 1 milyonluq YEYİNTİ

Gədəbəy rayonu, Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləmiş Şərifova Təranə Mikayıl qızının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, istintaqla Təranə Şərifovanın sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsində işlədiyi 2008-2022-ci illər ərzində qulluq mövqeyindən istifadə edərək faktiki olaraq işə çıxmayan müəllimlərə əməkhaqqı hesablatmaqla onlara məxsus kart hesablarına köçürülmüş pul vəsaitlərini nağdlaşdırmasına, habelə bəzi müəllimlərə artıq dərs saatları təhkim edərək onlara hesablanmış aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edib almasına, bununla da Mədəniyyət Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 995 min manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq dövründə vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus əmlakların üzərinə həbs qoyulub.

Toplanmış sübutlar əsasında Təranə Şərifovaya Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, onun yaşı nəzərə alınmaqla barəsində əsas qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə, həmçinin məhkəmənin qərarı ilə əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4196

Oxşar yazılar

Sabirabadda yanaraq ölən ailənin FOTOLARI

Sabirabadda yanaraq ölən ailənin FOTOLARI

4 iyun 2025 , 16:38
Əlil qardaşlar evdə diri-diri yandılar

Əlil qardaşlar evdə diri-diri yandılar

4 iyun 2025 , 16:20
Polis bölməsinə BASQIN:  inspektor saxlanıldı

Polis bölməsinə BASQIN: inspektor saxlanıldı

4 iyun 2025 , 15:52
Oğuzda bəy toy günü maşını aşırdı

Oğuzda bəy toy günü maşını aşırdı

4 iyun 2025 , 14:46
Bakıda 57 min manat aliment borcu  olan iki kişi həbs olundu

Bakıda 57 min manat aliment borcu olan iki kişi həbs olundu

4 iyun 2025 , 14:40
Bakıda yarımtikilidə kişi meyiti  tapıldı

Bakıda yarımtikilidə kişi meyiti tapıldı

4 iyun 2025 , 13:58
BMW hərbi maşına  çırpıldı

BMW hərbi maşına çırpıldı

4 iyun 2025 , 13:50
Məhkəmə “Roşka” ləqəbli tiktokerlə bağlı QƏRAR VERDİ

Məhkəmə “Roşka” ləqəbli tiktokerlə bağlı QƏRAR VERDİ

4 iyun 2025 , 12:36