Üç kişi qonşusunu döyüb,  arvadını zorladı
08 iyun 2023 00:14 (UTC +04:00)

Üç kişi qonşusunu döyüb, arvadını zorladı

37, 26 və 28 yaşlı üç kişi Moskva yaxınlığındakı Noqinskdə 35 yaşlı qadını zorlamaqda şübhəli bilinərək saxlanılıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi xəbər verir ki, iyunun 5-də sərxoş kişilər qonşusunu və arvadını döyüb, daha sonra qadını zorlayıblar. Bundan sonra şübhəlilər qonşu mənzilə gedib və orada zərərçəkmişlərin çağırdığı polis tərəfindən saxlanılıb.

Hazırda şübhəlilərin digər cinayətlərdə iştirakları yoxlanılır. İstintaq onların həbsi üçün vəsatət vermək niyyətindədir.
 

# 2847
avatar

Oxşar yazılar