Türkiyədə satıcı kişini güllələyib.
Lent.az xarici mətbuata istinadən bildirir ki, hadisə Adana Seyhan rayonunda baş verib.
İsmet Gülşeni evinin küçəsində toy gec saatlara qədər davam etdiyi üçün yaranan səs-küy narahat edib. Sonra o, toya gələnlərə iş yerində elektrik enerjisindən istifadə etməyə icazə verən ərzaq mağazası sahibi Sercan K.ya elektrik enerjisini kəsmək barədə xəbərdarlıq edib.
Sercan K. işığı kəsməyəcəyini bildirdikdə, ikisi arasında dava düşüb. Dava zamanı Sercan K. ərzaq mağazasının içərisinə gizlətdiyi silahı götürərək İsmet Gülşenin sinəsindən atəş açıb. Xəstəxanaya aparılan İsmet Gülşeni müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Hazırda faktla bağlı araşdırma aparılır.