Toya gələn qonaq həbs edildi
17 yanvar 2022 09:26 (UTC +04:00)

Toya gələn qonaq həbs edildi

Yanvarın 15 və 16-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 683 toy şənliyinin monitorinqini həyata keçirib.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, monitorinq 675 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  

-  1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;  

- 152 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

# 1596
avatar

Mehman Nəbiyev

Oxşar yazılar