Tiktokerlər "Roşka" və "Po jizni Cesi" həbs edildi - YENİLƏNİB
11 aprel 2024 15:34 (UTC +04:00)

Tiktokerlər "Roşka" və "Po jizni Cesi" həbs edildi - YENİLƏNİB

Məhkəmənin qərarı ilə “Roşka” ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bildirilib.

***

09:22

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirlərlə 26 yaşlı, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 28 yaşlı, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar.

C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib. R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək.

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8928
avatar

Oxşar yazılar