Televiziyada verilişə çıxacaqdı... YOXA ÇIXDI - FOTO
23 may 2022 10:02 (UTC +04:00)

Televiziyada verilişə çıxacaqdı... YOXA ÇIXDI - FOTO

Tovuzda yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Tovuz rayon Hunanlar kənd sakini, 82 yaşlı Firuzə Yusifova may ayının 16-da  yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gedib və bir daha geri qayıtmayıb. Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir.

Onun boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub. 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94  şəhər və (070) 213-64-00  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

Firuzə Yusifova

# 1863
avatar

Mehman Nəbiyev

Oxşar yazılar