Sürücülərə növbəti  XƏBƏRDARLIQ:  sükan arxasında...
04 noyabr 2021 09:53 (UTC +04:00)

Sürücülərə növbəti XƏBƏRDARLIQ: sükan arxasında...

"Noyabrın 2-də Qaradağ rayonunda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən növbəti bu cür ağır yol-nəqliyyat hadisəsi baş verib".

Lent.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə bildirilir:

"Saat 4:30-da Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 59,8-ci kilometrliyində 41 yaşlı Abıyev Seymur Abı oğlu idarə etdiyi “Ford Transit” markalı yük-sərnişin avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə qarşıda hərəkətdə olan 40 yaşlı Güləliyev Mehman Telman oğlunun idarə etdiyi “Howo” markalı yük avtomobilinin arxa hissəsinə toxunaraq onunla toqquşub.

Qəza nəticəsində “Ford” markalı nəqliyyat vasitəsində olan sərnişinlər - 58 yaşlı İsmayılova İradə Balaxan qızı, 46 yaşlı Aşurova Əhliqə Ağasəf qızı ölüb, 61 yaşlı Məhərrəmova Sulduzə Həsən qızı xəsarət alaraq xəstəxanaya daxil olub. İlkin məlumata görə, hadisənin baş verməsinə “Ford” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

Son vaxtlar ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri üzrə aparılan araşdırmalar göstərir ki, bir çox qəzalara sürücülərin sükan arxasında yuxulaması səbəb olur. Təəssüf ki, sükan arxasına keçən şəxslər bu kimi məqamlara diqqətsizlik etməklə yalnız özlərinin deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atırlar".

Baş Dövlət Yol Polisi İdarəsi, belə ağır nəticəli yol-nəqliyyat hadisələrinin yaşanmaması üçün bir daha sürücülərdən iş və istirahət rejiminə düzgün əməl etməyi, yorğun, yuxulu, əzgin halda, dərman preparatlarının təsiri altında sükan arxasına əyləşməməyi xahiş edir. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3797

Oxşar yazılar

İki yaşlı oğlan  anasını öldürdü   -  VİDEO

İki yaşlı oğlan anasını öldürdü - VİDEO

16 iyun 2025 , 16:18
Gəncədə hamamda  PARTLAYIŞ: qadın yandı

Gəncədə hamamda PARTLAYIŞ: qadın yandı

16 iyun 2025 , 15:48
Bakıda FACİƏ : 4 yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: 4 yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

16 iyun 2025 , 14:26
Bakıda yeniyetmə dənizdə batdı

Bakıda yeniyetmə dənizdə batdı

16 iyun 2025 , 12:17
Xaçmazda evdən meyit  tapıldı

Xaçmazda evdən meyit tapıldı

16 iyun 2025 , 11:49
Oğuz-Qəbələ-Bakı su kəmərində qəza:  Bakı susuz qalacaq?

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza: Bakı susuz qalacaq?

16 iyun 2025 , 11:33
Qəbələdə DƏHŞƏT:   həmkəndlisini dəhrə ilə öldürdü

Qəbələdə DƏHŞƏT: həmkəndlisini dəhrə ilə öldürdü

16 iyun 2025 , 09:34
Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı

Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı

16 iyun 2025 , 02:54