Suraxanıda ƏMƏLİYYAT:  Həbs edilənlər var - VİDEO
23 fevral 2024 13:00 (UTC +04:00)

Suraxanıda ƏMƏLİYYAT: Həbs edilənlər var - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.

Suraxanı RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan başqa ötən gün Suraxanı rayon sakini olan daha bir nəfər  “Kalaşninov” avtomatı, 15  patron və 1 ədəd patron darağını könüllü olaraq polis əməkdaşlarına təhvil verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4370

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15