Sumqayıtda aliment pulunu oğurlayan ATA: film kimi OLAY
04 sentyabr 2023 19:01 (UTC +04:00)

Sumqayıtda aliment pulunu oğurlayan ATA: film kimi OLAY

Sumqayıtda aliment ödəyən ata keçmiş arvadı və icra məmurunu unikal şəkildə aldadıb.

Lent.az xəbər verir ki, Sumqayıt şəhər məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Muxtarzadə 20 sutka inzibati cəza alıb.

İttihama görə, E.Muxtarzadə aliment ödəməkdən boyun qaçırmaq üçün inzibatçını və ailəsini aldadaraq ümumilikdə 13200 manat dəyərində ziyan vurub. Belə ki,o, hər ay aliment ödənilən tarixdə övladına anasından gizlin bank kartını götürüb onun yanına gəlməsini deyib. Bank hesabına onlayn şəkildə ödənişi edən E. Muxtarzadə dərhal kartdan pulu çıxarırmış. Bu yolla inzibatçını aldadıb və qəbzləri göstərərək ödənişlərin hamısını vaxtında etdiyi deyib.

Lakin şikayətçi Xəyalə Rafiq qızı Seyidquliyeva ödənişlərin olunmadığını bildirib. Bankdan verilən çıxarışda da ödənişlərin edildiyi, lakin tez bir zamanda pulların çıxarıldığı qeyd olunub.

E.Muxtarzadəyə qarşı İnzibati Xətalar Məcəlləsinin 528.1 (məhkəmə qərarını qərəzli olaraq icra etməmək) maddəsi ilə ittiham irəli sürülüb və ona 20 sutka müddətində inzibati cəza verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4939

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü -YENİLƏNİB -VİDEO

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06