Bakı-Sumqayıt avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, 1979-cu il təvəllüdlü Zəminə Mürsəlovanı avtomobil vurub. 43 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.