Süd içən körpə anasının altında boğulub öldü
03 dekabr 2024 17:36 (UTC +04:00)

Süd içən körpə anasının altında boğulub öldü

Türkiyədə körpə bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhərinin İnegöl qəsəbəsində baş verib. 30 yaşlı Suna T. səhər saat 9 radələrində 40 günlük Yamanı əmizdirmək üçün oyanıb və çarpayının kənarında oturub. Bu zaman ana qəfil yuxuya gedib və uşağın üstünə yıxılaraq yatıb.

Qadın oyanandan sonra körpənin hərəkət etmədiyini görüb və həkim çağırıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları uşağın öldüyünü müəyyən ediblər.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302
avatar

Oxşar yazılar