Rüfət Səfərov dələduzluq və xuliqanlıqda  ittiham olunur - YENİLƏNİB
03 dekabr 2024 22:45 (UTC +04:00)

Rüfət Səfərov dələduzluq və xuliqanlıqda ittiham olunur - YENİLƏNİB

Hüquq müdafiəçisi Rüfət Səforovun nədə ittiham olunduğu məlum olub. 

Lent.az xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 178.3.2-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.

***

Saat 18:24

Hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyi Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub.

Bununla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4071
avatar

Oxşar yazılar