Dadsız və... ən pis yeməklər olan  dünyanın hava yolları şirkətləri - SİYAHI
04 dekabr 2024 10:53 (UTC +04:00)

Dadsız və... ən pis yeməklər olan dünyanın hava yolları şirkətləri - SİYAHI

Bir çox səyahət edənlər təyyarənin göyərtəsində yeməklərin çox vaxt dadsız olduğunu fərq ediblər. Və bu fenomenin hətta elmi izahı var: hava səyahəti insan orqanizminə, o cümlədən dad qönçələrinə müəyyən təsir göstərir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,  təyyarənin salonunda hava təzyiqinin dəyişməsi və 10 min metr yüksəklikdə rütubətin azalmasının birləşməsi şirin və duzlu dadlara qarşı həssaslığı təxminən 30 faiz azaldır, yüksək fon səsi isə dad qönçələrini kütləşdirir. Bununla belə, fakt faktlığında qalır: bəzi aviaşirkətlərdə özlüyündə dadlı olmayan yeməklər verilir.

“Daily Express”in yazdığına görə, "qida" axtarış termini və "iyrənc", "pis" və "dəhşətli" kimi sözlərlə birləşdirən  “BoyleSports”un yeni araşdırması, sərnişinlərinə ən çox dadsız yemək təklif edən aviaşirkətləri müəyyənləşdirib. 

Reytinqdə birinci yerdə İrlandiyanın ən böyük aviaşirkəti "Aer Lingus" olub. O, bu aviaşirkətlər arasında yeməklərə mənfi rəylərin ən yüksək faizinə malikdir: 13,862 rəyin 3,31 faizi uçuş zamanı yeməkləri tənqid edir.

"Uşaq yeməyi üçün əvvəlcədən sifariş verdim, lakin çatdırılmadı və təyyarə yeməyi tamamilə yeyilməz idi", - bir istifadəçi “TripAdvisor”da şikayət edib.

Bununla belə, hesabat müəllifləri qeyd edirlər ki, 460 şərhdən 104-ü “Aer Lingus”un qida təsvirlərinə də birbaşa olaraq “yenilməz” kimi istinad edib və bir müştəri yeməyin çiy olduğunu iddia edib: “Təyyarədəki yeməklər iyrənc, islaq düyü, islanmış yeməklər idi. “Aer Lingus”u tövsiyə etməzdim, başqa bir aviaşirkəti sınayacağam".

Dünyanın ən pis yeməkləri olan 10 aviaşirkəti

1. Aer Lingus, İrlandiya (3,31 faiz mənfi qida rəyləri)

2. Etihad Airways, Birləşmiş Ərəb Əmirlikləri (3,02 faiz)

3. TUI Airways, Böyük Britaniya (2,59 faiz)

4. Air Canada, Kanada (2,35 faiz)

5. Qantas, Avstraliya (2,33 faiz)

6. Virgin Atlantic Airways, Böyük Britaniya (2,21 faiz)

7. Loganair, Şotlandiya (2,14 faiz)

8. Wizz Air, Macarıstan (2,14 faiz)

9. Qatar Airways, Qətər (1,78 faiz)

10. Sinqapur Hava Yolları, Sinqapur (1,56 faiz)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 921
avatar

Oxşar yazılar