Hacıqabulda kanalda batan 91 yaşlı kişinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az verilən məlumata görə, Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara başlayıb.
Axtarışlar nəticəsində kanalda batmış Salahov Süleyman Xanəhməd oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
12:41
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində və Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində vətəndaşların batması barədə məlumatlar daxil olub.
FHN-in mətbuat xidmətindən Lent.az verilən xəbərə görə, məlumatlarla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib.
Hazırda batdığı ehtimal olunan müvafiq olaraq 91 yaşlı Salahov Süleyman Xanəhməd oğlu və 17 yaşlı Əmirov Anar Rəşad oğlunun axtarışları davam etdirilir.