Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2
01 iyul 2025 23:31 (UTC +04:00)

Rusiya vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçildi - YENİLƏNİB 2

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başa çatıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə saxlanılan 8 nəfərdən sonuncusu barəsində də 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Beləliklə bu gün saxlanılan 8 nəfərdən hamısı haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

21:50

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə iki nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 6 nəfərin məhkəməsi davam edəcək.

İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər Rusiya vətəndaşıdır.

***

21:08

Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb.

Lent.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində onların təqdimatına baxılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1086

Oxşar yazılar