Silahlı hücuma hazırlaşan 6 terrorçu  saxlanıldı -VİDEO
28 mart 2023 11:34 (UTC +04:00)

Silahlı hücuma hazırlaşan 6 terrorçu saxlanıldı -VİDEO

Türkiyədə 6 terrorçu saxlanılıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Ağrı rayonunda silahlı hücuma hazırlaşan 6 terrorçu həbs edilib.

Əldə edilən məlumata görə, Türkiyə-İran sərhəd xəttində xidmət göstərən əsgər Ağrının Doğubayazıt rayonundakı Kanlıbaba Təpə məntəqəsində bir qrup qeyri-qanuni miqrant aşkar edib və yoxlamalar zamanı məftillərə bərkidilmiş bir bel çantası tapıb.

Təhlükəsizlik qüvvələri çantada PKK/KCK terror təşkilatı üzvünə məxsus 1 ədəd Kalaşnikov tüfəngi, 1 ədəd planşet, 2 ədəd kamuflyaj torları, 2 ədəd termal qoruyucu geyim, 1 ədəd termal silah durbin, 49 ədəd Kalaşnikov patronu və 9 ədəd tapança patronu aşkar edilib.

Terrorçuların qaldığı evdə aparılan axtarış zamanı 2 əl qumbarası, 1 tapança, 1 maqazin və 15 patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.


 

# 1512
avatar

Arzu Qurbanlı

Oxşar yazılar