Şəmkirdə iki ev belə yandı, 90 yaşlı qadın... -FOTOLENT -YENİLƏNİB
20 mart 2025 15:30 (UTC +04:00)

Şəmkirdə iki ev belə yandı, 90 yaşlı qadın... -FOTOLENT-YENİLƏNİB

Xəbərə fotolar əlavə edilib.

 

***

15:21

 

Şəmkirdə iki yanğın hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisələrdən biri rayonun Qədimqala kəndində qeydə alınıb.

Belə ki kənd sakini 90 yaşlı Z. Nağıyevaya məxsus ümumi sahəsi 170 kv metr olan evdə anidən yanğın olub. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 170 kv metr olan kürsülü bir mərtəbəli 4 otaqlı evin dam örtüyünün (damı dəmir örtükdən ibarət) taxta atmaları 120 kv.m mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 30 kv.metri yanıb. Yanğın söndürülüb, evin qalan otaqları yanğın söndürənlər tərəfindən mühafizə edilib.

Digər yanğın hadisəsi rayon Düyərli kəndi baş verib. Düyərli kənd sakininə məxsus ümumi sahəsi 50 kv.m olan 1 mərtəbəli 2 otaqdan ibarət yardımçı tikilinin bir otağında yanğın olub. Hər iki yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar