Səlim Müslümovun  8 milyonluq əmlakına   həbs qoyuldu
15 avqust 2022 17:26 (UTC +04:00)

Səlim Müslümovun 8 milyonluq əmlakına həbs qoyuldu

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən baxış iclasında ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, Səlim Müslümov Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi dövrdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verib. Həmçinin o, müxtəlif bölgələrdə şəhid ailələri və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən evlərə ayrılan pulların bir qismini mənimsəyərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Ümumilikdə Səlim Müslümov hazırkı mərhələyə qədər cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Proses avqustun 29-da davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2370

Oxşar yazılar

İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə  öldü

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT:  azərbaycanlıların malları əllərindən alındı

Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı

12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25