Şəkidə intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Şəhər sakini 58 yaşlı Ələsgər Həsənov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun psixoloji problemləri olduğu bildirilir.
Lent.az-ın əldə etdiyi məlumata görə, mərhum 3 uşat atası imiş.
Faktla bağlı araşdırma aparılır.