Bu gün saat 17 radələrində Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində Azad Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada 75 yaşlı Fəxrəddin Beybudovu vurub.
Lent.az xəbər verir ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət başlanılıb, istintaq aparılır.