Rusiyanın Moskva vilayətinin İstra şəhərində polis saxlanılan şəxsdən külli miqdarda pul alıb. Nəticədə həmin polis əməkdaşı da saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə iyun ayında baş verib. Şəhər Daxili İşlər İdarəsinin 33 yaşlı cinayət-axtarış şöbəsinin əməkdaşı yerli sakindən mobil telefon və qızıl-zinət əşyalarının oğurlanması faktını araşdırıb.
O, həmkarları ilə birlikdə 36 yaşlı paytaxt sakinini saxlayaraq, polis şöbəsinə aparıb və 500 min rubl (təxminnə 8800 manat) verməsə, onu oğurluqda ittiham edəcəyini bildirib. Saxlanılan şəxs müşayiət altında banka gedib, kredit götürüb və pulu polisə verib.
Faktla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılıb.