Şamaxıda avtomobil dərəyə aşdı,  yaralı var
20 mart 2025 17:52 (UTC +04:00)

Şamaxıda avtomobil dərəyə aşdı, yaralı var

Şamaxıda avtomobil dərəyə yuvarlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Şamaxı-Pirqulu avtomobil yolunun Məlhəm kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərəkətdə olan minik avtomobili sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq dərəyə aşıb. Hadisə yerinə cəlb olunan xilasedicilərin köməyi ilə avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxarıblar.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan üç nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758

Oxşar yazılar