Rusiya hərbçiləri  Qarabağda qəzaya düşdü:   Dörd ölü
12 avqust 2022 17:09 (UTC +04:00)

Rusiya hərbçiləri Qarabağda qəzaya düşdü: Dörd ölü

Qarabağdakı Rusiya sülhməramlı hərbçisinin idarə etdiyi avtomobillə VAZ-2107 toqquşub.

Lent.az "RİA Novosti"yə istinadla xəbər verir ki, qəza bu gün səhər Xankəndi-Əsgəran yolunda baş verib.

Rusiyalı hərbçi, 30 yaşlı İ. Y.nın idarə etdiyi “HAVAL” markalı avtomobillə 28 yaşlı yerli sakin Saruşen E.nin idarə etdiyi "VAZ-2107" ilə toqquşub.

Nəticədə "Jiquli"nin sürücüsü ağır xəsarət alıb, maşında olan dörd qadın isə yerindəcə ölüb.

# 2493
avatar

Oxşar yazılar