Rəssamın 4 milyonunu oğurlayan  azərbaycanlı aeroportda saxlanıldı
11 mart 2025 10:28 (UTC +04:00)

Rəssamın 4 milyonunu oğurlayan azərbaycanlı aeroportda saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 2 il əvvəl oğurluq edən azərbaycanlı saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, cinayət axtarış şöbəsi Stieqlitz Akademiyasının dosenti olan rəssamdan 4 milyon rubl oğurlamaqda şübhəli bilinən 37 yaşlı Azərbaycan vətəndaşını Vnukovo hava limanında saxlayıb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti verib.

Hadisə 2023-cü ilin payızında baş verib. 64 yaşlı təqaüdçü Sankt-Peterburqun Petroqradski rayonunun polisinə müraciət edərək, oğurluqla bağlı məlumat verib. O, bir nəfərin ona məxsus Qatçinskaya ünvanında yerləşən emalatxanaya daxil olaraq onun şkafından 4 milyon 166 min rubl (təxminən 80 min 749 manat) oğurladığını və “Solaris”lə qaçdığını deyib.

Böyük oğurluqla bağlı cinayət işi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1488

Oxşar yazılar