Rəşad Dağlı hadisə yerinə aparıldı -  YENİLƏNİB  -VİDEO
10 noyabr 2022 12:21 (UTC +04:00)

Rəşad Dağlı hadisə yerinə aparıldı - YENİLƏNİB -VİDEO

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılıb.

Daha sonra Rəşad Dağlının prokurorluqdan hadisə yerinə aparıldığı bildirilir.

***

11:56

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hazırda Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 43 yaşlı İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 38 yaşlı Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

# 8124
avatar

Oxşar yazılar