"Reket jurnalist"lərin işi   məhkəmədə
19 oktyabr 2021 14:49 (UTC +04:00)

"Reket jurnalist"lərin işi məhkəmədə

Goranboy rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərindən hədə-qorxu ilə pul tələb edən “jurnalist”lərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Sənan Abdullayevin “Youtube” sosial şəbəkəsində yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yaymasına, həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə  RİH-nin vəzifəli şəxsindən  hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə əldə edilmiş sübutlar əsasında Sənan Abdullayev və İlqar Atayevə Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1929
avatar

Mehman Nəbiyev

Oxşar yazılar